SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Polşadakı səfirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Polşaya keçmək istəyən vətəndaşlara müraciət edib.

Müraciətdə bildirilir:

“Hörmətli həmvətənlər,

Ukraynadakı vəziyyətlə əlaqədar bildiririk ki, Polşa Sərhəd Xidmətindən əldə edilmiş məlumata əsasən, Polşanın Ukrayna ilə aşağıdakı 3 sərhəd-keçid məntəqəsində çox sayda növbələr mövcuddur.

Bu məqsədlə qadınlar, uşaqlı analar, yaşlılar, səhhətində problem olan Azərbaycan Respublikası vətəndaşlarının bu sərhəd-keçid məntəqələrindən istifadə etməmələri tövsiyə edilir:

- Medıka-Şeqini

- Korçova-Krakovets

- Krostsenko-Smolnitsa

Müvafiq kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarına aşağıda qeyd edilmiş digər 5 sərhəd-keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur. Sözügedən məntəqələrdə sığınacaqlar fəaliyyət göstərir ki, ehtiyacı olan şəxslər orada qala və ən zəruri tələbatlarla təmin edilə bilərlər:

- Doroxusk-Yaqodzin

Suchodolski Palace Communal Culture and Tourism Center, ul. Parkowa 5, 22-175 Dorohusk - housing estate

- Dolxobıçuv-Uqrinov

Border Culture and Recreation Center, ul. Spółdzielcza 8, 22-540 Dołhobyczów

- Zosin-Ustiluq

School Complex in Horodło, ul. Piłsudskiego 58, 22-523 Horodło

- Qrebenne-Rava Ruska

Primary School in Lubycza Królewska (back of the sports hall), ul. Jana III Sobieskiego 5, 22-680 Lubycza Królewska

- Budomej-Qruşev

Primary School in Krowica Sama 183, 37-625 Krowica Sama

Bir daha xatırladırıq ki, sərhəd keçidi zamanı vətəndaşlarımızın istənilən şəxsiyyəti təsdiq edən fotoşəkilli sənədi, yaxud qayıdış şəhadətnaməsi keçərlidir.

COVID sertifikatı və viza tələb olunmur. Mövcud vəziyyətlə əlaqədar Ukrayna-Polşa sərhədini keçmiş vətəndaşlarımız Polşa ərazisində qalma müddəti – 15 gündür və bu müddət artırıla bilməz.

Əlavə suallar yaranacağı təqdirdə:

Səfirliyin qaynar telefon xətti: +48 576 900 183

Səfirliyin konsulluq şöbəsinin telefon nömrəsi: +48 22 718 30 70

Sərhədi keçmiş və ehtiyacı olan vətəndaşlarımızın öz pasportunun fotoşəklini və telefon məlumatlarını aşağıdakı e-poçt ünvanına göndərmələri xahiş edilir.

Səfirliyin konsulluq şöbəsinin e-poçt ünvanı: [email protected].

Ukrayna ilə Polşa arasında sərhəd-keçid məntəqələri fasiləsiz çalışır.

Qaçqınların qəbulu ilə bağlı Polşa hökumətinin +48 47 721 75 75 qaynar xətti fəaliyyət göstərir.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat təqdim olunacaq”.

BAKU.WS