SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ümumi səfərbərlik haqqında fərman imzalayıb.

BAKU.WS xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat verilib.

Sənəddə deyilir ki, dövlətin müdafiəsini təmin etmək, Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrinin döyüş və səfərbərlik hazırlığını dəstəkləmək məqsədilə ümumi səfərbərliyin elan edilməsi və keçirilməsi qərara alınıb.

Səfərbərlik qüvvəyə mindiyi gündən 90 gün ərzində həyata keçiriləcək.

Qeyd edək ki, səfərbərlik Vinnitsa, Volın, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpatsk, Zaporojye, İvano-Frankivsk, Kiyev, Kirovograd, Luqansk, Lvov, Nikolaev, Odessa, Poltava, Rovenskaya, Sumı, Ternopol, Xarkov, Xerson, Xmelnitski, Çerkassk, Çetnovits, Çerniqov bölgələri, Kiyev şəhəri ərazisində elan edilir.

BAKU.WS