13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Xerson vilayətinin bir hissəsi rus qoşunları tərəfindən işğal olunub.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Xerson vilayəti dövlət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Geniçesk rayonunda bütün dövlət strukturları işğalçıların nəzarətinə keçib. Texnika Geniçesk şəhərinin özündə, rus qoşunları isə nəzarət-buraxılış məntəqələrinin kənarında yerləşib. Onlar gedənlərin Ukrayna Silahlı Qüvvələrinə mənsub olub-olmadıqlarını yoxlayırlar”, - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Skadovsk vilayətində Şirokoe bölgəsində hərbi texnika kolonu yerləşdirilib.

"Xerson vilayəti - qismən, Oleşki isə tam olaraq Rusiya qoşunlarının nəzarətindədir. Hərbi obyektlər düşmən aviasiyası tərəfindən məhv edilib. Dnepr çayı üzərindən keçid işğalçıların nəzarətindədir”, - qurumdan bildirilib.

BAKU.WS