SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Vladimir Putin Donbasdakı vəziyyətin kritik olduğunu açıqlayıb.

BAKU.WS RIA agentliyinə istinadən xəbər verir ki, Putin videomüraciəti zamanı separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” rəhbərliyinin ona gərgin durumla bağlı məruzə etdiklərini və bundan sonra hər iki bölgədə olan sakinlərin Rostov vilayətinə müvəqqəti təxliyə edildiklərini vurğulayıb.

Krımın SSRİ lideri Xruşovun dövründə Ukraynaya heç bir səbəb olmadan hədiyyə edildiyini də qeyd edən Rusiya prezidenti Ukraynanı “Vladimir İliç Lenin adına Ukrayna” adlandırmağın məqbul olduğunu sözlərinə əlavə edib:

"Bu gün Ukraynanı haqlı olaraq “Vladimir İliç Leninin adına Ukrayna” adlandırmaq olar, çünki oranın müəllifi və memarı odur".

BAKU.WS