SİZİN REKLAM BURADA!
055 213 76 73


Nigeriyanın Kano əyalətinin Hizb Şurasının (dini polis) qərarı ilə 3,8 milyon şüşədən çox müxtəlif növ pivə məhv edilib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə əyalət şurasının sədri Harun İbn Sina məlumat verib.

Məlumata görə, tədbir ölkə hakimiyyətinin narkotik, alkoqol və digər neqativ sosial hallara qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.

İbn Sina rəsmi dünyəvi hakimiyyət orqanlarının bu qərarı dəstəklədiyini vurğulayıb.

Həmçinin, Kano əyalətinin qubernatoru Abdullahi Qanduje hökumətin tədbirlərə razı olduğunu təsdiqləyib. O, ictimaiyyətə müraciət edərək, hakimiyyətin mənəvi ab-havanı təmizləmək səylərini dəstəkləməyə çağırıb.

BAKU.WS