SİZİN REKLAM BURADA!
055 213 76 73


NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın Almaniya, Polşa və Rumıniyaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Stoltenberqin Brüsseldəki bəyanatında deyilir.

"Mən ABŞ-ın Almaniya, Polşa və Rumıniyada əlavə qüvvələr yerləşdirmək, NATO-nun müdafiə qabiliyyətini artırmaq qərarını alqışlayıram", - məlumatda deyilir.

O vurğulayıb ki,“alyansın digər ölkələri də NATO üçün quruda, suda və havada öz qüvvələrini təmin edir.

Onun sözlərinə görə, alyans cavab qüvvələrinin hazırlığını artırıb və cənub-şərqdə əlavə döyüş qrupları yerləşdirməyi nəzərdən keçirir.

Stoltenberq NATO-nun yeni qüvvələrinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsini müdafiə xarakterli hesab edir.

BAKU.WS