VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Türkiyə ilə tam həmrəyik”.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bu gün İdlibdəki son proseslərlə əlaqədar Türkiyənin tələbi ilə keçirilən təcili iclasdan sonra bildirib.

Mətbuata açıqlama verən Stoltenberq tərəfləri sülhə dəvət edib:

“Bu təhlükəli vəziyyətə son qoyulmalıdır. 2018-ci ildəki atəşkəs vəziyyətinə qayıdılmalı və bölgədə daha da pisləşən vəziyyətin qarşısı alınmalıdır”.

Baş katib sözlərinə əlavə edib ki, NATO müxtəlif formalarda Türkiyəyə dəstək verməyə davam edir:

“Hazırda da müttəfiqlər Türkiyə üçün daha çox nə edə biləcəklərini nəzərdən keçirir. Bu gün keçirilən iclas da bunun bir nümunəsidir”.

BAKU.WS