SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransı sual vermək qadağası səbəbindən jurnalistlərsiz keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə “FranceInfo” məlumat yayıb.

“Makronun Avropa Parlamentindəki çıxışından sonra baş tutmalı olan mətbuat konfransı sualsız bəyanata çevrildi. Avropalı jurnalistlər etiraz əlaməti olaraq mətbuat konfransı başlamazdan əvvəl zalı tərk etdilər”, - agentliyin müxbiri bildirib.

Fransanın “CNews” portalının jurnalisti Lois Siqnor “Twitter” hesabında yazıb ki, media nümayəndələri bir neçə saatdır ki, suallar vermək üçün Makronun görünməsini gözləyirlər.

BAKU.WS
VİDEO