SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynaya hücumla bağlı Rusiyanın heç bir planı yoxdur.

BAKU.WS RİA agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədə təşkil olunan ABŞ-Rusiya görüşündən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

"Biz amerikalı həmkarlarımıza başa saldıq ki, Ukraynaya hücum etməklə bağlı heç bir planımız yoxdur və ola da bilməz. Döyüş hazırlığı ilə bağlı hazırlıqlarımız isə öz suveren ərazimiz daxilində həyata keçirilir", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Rıbakov onu da əlavə edib ki, hərbi eskalasiya ilə bağlı narahatlığa əsas yoxdur.

BAKU.WS