SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkmənistanın paytaxtı Aşqabadda 28-29 noyabr tarixlərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə görüşü çərçivəsində maraqlı hadisə baş verib.

BAKU.WS xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımı Oğulgərək Berdiməhəmmədovanın görüntüsü yayılıb.

Türkmənbaşının xanımının şəklini Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan tviterdə paylaşıb. Buna qədər şəkillərinə rast gəlinməyən Oğulgərək Berdiməhəmmədovanın görüntüsü böyük maraqla qarşılanıb.

BAKU.WS