Alek Bolduin çəkiliş zamanı baş vermiş dəhşətli hadisə barəsində ilk dəfə danışdı - VİDEO

Amerikalı aktyor Alek Bolduin oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı onun açdığı atəş nəticəsində kinooperator Qalina Xatçinsin faciəli şəkildə həlak olması barədə ilk dəfə danışıb.
BAKU.WS-in oxu.az-a istinadən məlumatına görə, Bolduin bildirib ki, bu, trilyonda bir rast gəlinən bədbəxt hadisədir:
“Bu günə qədər filmlərdə və teleşoularda nə qədər güllə atılıb? Praktiki olaraq hər hansı hadisə baş verməyib. Qalina Xatçins mənim dostum idi. Həmin gün filmin çəkilişindən əvvəl Qalina Xatçinsi rejissorumuz Coel Souzla birgə yeməyə dəvət etmişdim. Bizim çox yaxşı komandamız var idi, birgə film çəkirdik, bu dəhşətli hadisə baş verdi”.
Yenə də silahlardan istifadəyə nəzarətin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayan A. Bolduin “Pas” (Rust) filminin çəkilişinin davam etdirilməyəcəyini düşündüyünü də söyləyib.
Aktyor ona istintaqın gedişi barədə danışmağın qadağan edildiyini söyləyib.
İstintaq hələ ittiham irəli sürməyib. Hazırda tapançaya döyüş gülləsinin necə qoyulduğu araşdırılır.
Oxşar xəbərlər
Onu həbs etmək, məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək olmaz
Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana"...
