"Yasak elma"nın gözəli: "Özümü gözəl hesab etmirəm"

Yasak elmanın gözəli: Özümü gözəl hesab etmirəm
Siyasət 582

Rol aldığı bir sıra layihələrdə canlandırdığı obrazlarla məşhurlaşan türkiyəli aktrisa Biran Damla Yılmaz yerli jurnallardan birinə açıqlama verib.

BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, 24 yaşlı aktrisa erkən yaşda həyatı anlaya bilməsini oynadığı rollara borclu olduğunu bildirib. O, özünü gözəl hesab etmədiyini də dilə gətirib.

"Mənim üçün gözəllik yaradıldığımız halımızdır: Makiyajsız, estetiksiz, boyasız. Özümü gözəl hesab etmirəm. Güzgüyə də çox baxmıram.

Eşq həyatımda isə qarşı tərəfi daha çox düşünürəm. Bu bir nöqtədən sonra heç də yaxşı özəllik deyil, çünki özümü unuduram".

Qeyd edək ki, aktrisa hazırda "Yasak elma" serialında Kumru obrazını canlandırır.

Oxşar xəbərlər

Son xəbərlər