SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Müdafiə Nazirliyi və "Baykar" şirkəti arasında birgə pilotsuz uçuş aparatlarına (PUA) qulluq və təhsil mərkəzi inşa edilməsi ilə bağlı protokol imzalayıb.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, imzalanma mərasiminə Ukrayna prezidenti Volodimir Zelenski, Ukrayna müdafiə naziri Andrıy Taran və "Baykar" şirkətinin direktoru Haluk Bayraktar iştirak edib.

Tədbir zamanı çıxış edən Ukrayna prezidenti V.Zelenski bu anı uzun müddətdir gözlədiklərini ifadə edərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana layihənin reallaşmasında göstərdiyi dəstəyə görə təşəkkür edib. Əldə edilən razılaşmaya görə, "Baykar" Ukrayna ordusuna məxsus Vasilkov bölgəsində PUA-lara texniki qulluq, modernizasiya və təhsil mərkəzi inşa edəcək.

BAKU.WS
QALEREYA