VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün 3 yaşını qeyd edir.

BAKU.WS xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

BAKU.WS saytının kollektivi olaraq Haber Globaltelekanalını fəaliyyətə başlamasının 3 illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!

BAKU.WS