Əfqanıstanın Baş Qərargah rəisi "Taliban"dan qaçmaq istəyərkən - FOTO

Əfqanıstanın Baş Qərargah rəisi Talibandan qaçmaq istəyərkən - FOTO
Foto
Siyasət 1464

"Taliban" qruplaşmasının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkənin yüksəkrütbəli ordu rəsmiləri taliblərdən qaçmağa başlayıblar.

BAKU.WS xəbər verir ki, onların arasında Əfqanıstanın Baş Qərargah rəisi Vəli Məhəmməd Əhmədzai də var.

Baş Qərargah rəisi "Taliban" yaraqlılarının əlinə keçməmək üçün Kabildəki hava limanından digər ölkəyə getməyə cəhd göstərib. Hava limanında ölkəni tərk etməyi gözləyən minlərlə əfqan arasında olan Vəli Məhəmməd Əhmədzainin görüntüləri yerli mətbuatda yayılıb.

Qeyd edək ki, Vəli Məhəmməd Əhmədzai "Taliban"ın Kabili ələ keçirməsindən əvvəl - 11 avqust tarixində Baş Qərargah rəisi postundan istefa verib.

Son xəbərlər