SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfqanıstanın əfsanəvi komandiri Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərliyi altında ölkənin daha üç bölgəsi "Taliban"dan geri alınıb.

BAKU.WS xəbər verir ki, taliblərə qarşı mütəşəkkil ordu şəklində mübarizəyə qalxan üsyançılar Pəncşir vilayətində daha üç rayonu nəzarətə götürüb.

Qeyd edək ki, Əfqanıstanın böyük hissəsini ələ keçirən "Taliban" şimalda yerləşən Pəncşir vilayətində müqavimətlə qarşılaşıb. Əhməd Məsud və ona bağlı qüvvələr bu yaxınlarda Bağlan vilayətində də 3 bölgəyə nəzarəti geri almışdı.

Bu arada "Taliban" qruplaşması bəyan edib ki, yüzlərlə döyüşçüsünü Pəncşirə göndərib və əməliyyat üçün plan hazırlayıb. Taliblər qan tökmək istəmədiklərini və müzakirə ilə qarşı tərəfi sülhə dəvət etmək fikrində olduqlarını açıqlayıblar.

BAKU.WS
VİDEO