SİZİN REKLAM BURADA!
055 213 76 73


Taliban hərəkatı Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət hissələrinə bölgəni onlara təhvil vermək üçün 4 saat vaxt verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hərəkat üzvləri Əhməd Məsuda (Taliban müqavimətinin lideri) Pəncşir əyalətini Talibanın nəzarətinə keçməsi üçün dörd saat vaxt veriblər.

Talibanın bu əyaləti ələ keçirmək üçün əməliyyata başlamağa tam hazır olduğu qeyd edilir.

Eyni zamanda, “Əl Cəzirə” telekanalının məlumatına görə, Taliban yaxın vaxtlarda Məsudla görüşmək üçün bir heyət göndərəcək. Görüş zamanı Pəncşirdəki vəziyyət müzakirə ediləcək və Məsudun irəli sürdüyü tələblərin yerinə yetirilməsinə zəmanət verəcək.

BAKU.WS