SİZİN REKLAM BURADA!
055 213 76 73


“Taliban” hərəkatının silahlıları Kunduz şəhərini ələ keçirərək, ABŞ-a məxsus olan və dəyəri 1 milyard dollardan çox təşkil edən silah-sursata sahib olublar.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “The Independent” qəzeti yazıb.

Məlumata görə, "Taliban” qüvvələrinin hücumuna məruz qalan ABŞ əsgərləri şəhəri təcili surətdə tərk edib qaçıblar. Şəhərdə yerləşən ABŞ hərbi kontingentinin hərbi təyyarələri, pilotsuz uçan aparatları, minaların təmizlənməsi üçün texniki avadanlıqlar, şəxsi heyətin silah-sursatı və zirehli maşınlar “Taliban” qüvvələrinin əlinə keçib.

Bu ərəfədə Qətərdə “Taliban” hərəkatının rəhbərləri ilə Rusiya, Özbəkistan və Türkmənistan nümayəndələri arasında görüş keçirilir. Qətər mətbuatına görə, hərəkatın rəsmi nümayəndəsi Süheyl Şahin Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov ilə görüşüb. Görüşdə Türkmənistan və Özbəkistanın Əfqanıstanla sərhədindəki vəziyyət müzakirə olunub.

Əfqanıstanda isə “Taliban” qüvvələri paytaxt Kabilə doğru irəliləməkdə davam edir. Bir sıra Qərb dövlətləri Kabildəki səfirliklərini təxliyə ediblər. ABŞ da səfirliyinin təxliyəsi üçün Əfqanıstana əlavə qüvvə göndərib.

BAKU.WS