SİZİN REKLAM BURADA!
055 213 76 73


2024-cü ildə amerikalıların Ay səthinə enməyəcəyi dəqiqləşib.

BAKU.WS RIA agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Fəza İdarəsi (NASA) baş müfəttişliyinin ofisinin hesabatına görə, buna skafandrların olmaması səbəb olacaq.

"NASA-nın hazırki cədvəli ilə - uça bilən xEMU (kosmik kostyum), 2024-cü ilin noyabrına qədər hazır olmalı idi. Lakin bir sıra maneələr səbəbilə planlaşdırılan sınaqlar - skafandrların hazırlanması və sınaqdan keçirilməsi, 20 ay gecikmə ilə baş tutacaq. Bununla da ən azı 2025-ci ilin aprelinə qədər uçuş həyata keçirmək mümkdün olmayacaq", - deyə hesabatda deyilir.

Qeyd edək ki, daha öncə ABŞ-ın Milli Aeronavtika və Fəza İdarəsinin (NASA) yeni açıqladığı məlumatda 2024-cü ildə Aya ilk qadın astronavt göndərmək planlaşdırıldığı bildirilirdi. NASA-nın Aya missiyası Artemis planının bir hissəsidir. Astronavtlar Aya NASA-nın yeni raketi "Space Launch System" (SLS) və Orion kosmik gəmisi ilə yollanacaq. NASA administratoru Cim Bridenstin 28 milyard dollarlıq bu planın məqsədinin insanları 1972-ci ildən sonra ilk dəfə olaraq Ay səthinə qaytarmaq olduğunu deyib. Plana əsasən "Artemis 1" 2021-ci ildə Ay ətrafında insansız uçuş həyata keçirəcək. 2023-cü ildə isə "Artemis 2" Ay ətrafında dövrə vurduqdan sonra astronavtlar 2024-cü ildə "Artemis 3" gəmisində Ayın səthinə enəcək və bir həftə orada qalacaq.Astronavtlar vaxtlarını torpaq, daş nümunələri toplamağa, su və digər mənbələri axtarmağa, eləcə də elmi təcrübələr aparmağa sərf edəcək.

BAKU.WS