VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti vətəndaşlarını Ermənistana səfər etməməyə çağırıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin saytında yayılıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxma riski çox böyükdür. Departament bu ölkədə pandemiyaya yoluxma təhlükəsinin 3-cü səviyyəyə qalxdığını qeyd edib.

“Davamlı atəşin açılması və artilleriya sistemindən, eləcə də mina və minaatanlardan istifadə edilməsi hər il insan ölümü və yaralanması ilə nəticələnir. Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhədə, təmas xəttinə yaxınlaşmaqdan çəkinin. ABŞ hakimiyyəti gediş qadağan olunduğu üçün Qarabağdakı vətəndaşlarına təcili yardım edə bilməyəcək”, - Dövlət Departamenti bildirib.

BAKU.WS