SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Mahsun Kırmızıgülün oğlu dava edib.

BAKU.WS “metropolhaber”ə istinadən xəbər verir ki, ötən gün müğənni və aktrisa Ayşe Akının nişan mərasimi olub.

İş adamı Tufan Doğanla nişanlalan Ayşe İstanbulun Nişantaşı səmtində yerləşən restoranlardan birinə gedib.

Həmin vaxt Mahsun Kırmızıgülün oğlu Mahmut da orada olub. O, əvvəldən tanıdığı Ayşenin yanağına toxunub.

Bunu görən Tufan Doğan dava salıb. O, Mahmutun yaxasından yapışaraq ona şillə vurub və oturduğu stuldan yerə salıb.

Daha sonra tərəflər arasındakı gərginlik davaya çevrilib. İşçilərin və restoran sahibin müdaxiləsi nəticəsində onların mübahisəsi səngiyib.

BAKU.WS
QALEREYA