SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Cennifer Lopez paparazzilərin obyektivinə tuş gəlib.

BAKU. WS “lenta.ru”ya istinadən xəbər verir ki, bir müddət əvvəl nişanlısı Aleks Rodriqez ilə həyat yollarını ayıran müğənninin keçmiş sevgilisi Ben Affleklə səmimi görüntüləri lentə alınıb.

Cenniferin bacısını təbrik etmək üçün Malibuya yollanan cütlüyün öpüşərkən çəkilən videosu mətbuatda yayılıb.

Ben Affleklə Cennifer sonuncu dəfə 20 il əvvəl bir araya gəliblər. Daha sonra nişanlanan ikili müəyyən səbəblərdən ayrılıblar.

Qeyd edək ki, Lopezin ifaçı Mark Antoni ilə evliliyindən Maks və Emmi adlı qızları var.

BAKU.WS
VİDEO

QALEREYA