"Qızıl top" Parisdə təqdim olunacaq - Futbol dünyası üçün həlledici tarix açıqlandı
"France Football" nəşrinin versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdəki "Teatr dü Şatle"də baş tutacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə mükafatın "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat aylaşılıb.
Məlumata görə, namizədlərin siyahısı avqustun 6-da açıqlanacaq.
Ötən il "Qızıl top"un qalibi ispaniyalı yarımmüdafiəçi Rodri olub. O, 2023/24 mövsümündə Avropa çempionu olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Rodri, həmçinin "Mançester Siti" ilə İngiltərə çempionu olub.
Xatırladaq ki, "Qızıl top" mükafatı 1956-cı ildən etibarən təqdim olunur.
Oxşar xəbərlər
Valdas Dambrauskas: "KuPS"la matçda qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Finlandiya təmsilçisi "KuPS"la matçda qol fürsətlərini boşa xərclədikləri üçün məyusdur. BAKU.WS "Report"a istinadən x...