VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tatarıstan hakimiyyəti Kazandakı 175 nömrəli gimnaziyada atışma nəticəsində həlak olanların yas mərasimlərinin təşkilini öz üzərinə götürəcək.

BAKU.WS xəbər verir ki, bunu respublika prezidenti Rüstəm Minnixanov deyib.

Minnixanov, bütün yaralanan və xəsarət alanlara da kömək göstəriləcəyini də qeyd edib.

Respublika başçısının mətbuat xidmətindən bildirilib ki, davam edən istintaq tədbirləri səbəbindən dəfn vaxtı hələ məlum deyil.

R.Minnihanov xəstəxanadakı atışma nəticəsində yaralanan uşaqları ziyarət edib.

Qeyd edək ki, bu gün Tatarıstanın paytaxtı Kazan şəhərində 175 saylı gimnaziyaya silahlı hücum olub.

Hadisə nəticəsində 9 nəfər ölüb, 21 nəfər yaralanıb. Həlak olanların 7 nəfəri uşaq, 2 nəfəri isə müəllimdir. Hadisəni törədən gimnaziyanın məzunu, 19 yaşlı İlnaz Qalyaviyev saxlanılıb. Gimnaziyaya basqın etməmişdən əvvəl o, teleqram kanalı yaradaraq öz şəklini paylaşıb və dünyanı insanlardan azad edəcəyini yazıb.

BAKU.WS
QALEREYA