SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mənim müəllimim - səkkizayaqlı ilbiz" sənədli filmi ABŞ kino akademiyasının "Ən yaxşı sənədli tammetrajlı film" kateqoriyası üzrə "Oskar" mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı bildirib.

Pipp Erlix və Ceyms Rid tərəfindən yaradılan film baş qəhrəmanının Cənubi Afrikanın sahillərində vəhşi səkkizayaqlı ilbizlə "dostluğu"ndan bəhs edir.

Bu nominasiyada həmçinin "Vaxt", "Agent-köstəbək", "Kollektiv" və "Xüsusi düşərgə: Əlilliyin inqilabı" filmləri də təqdim edilib.

"Köçərilərin torpağı" filminin rejissoru Xloya Çjao "Ən yaxşı rejissor" kateqoriyası üzrə "Oskar" mükafatı qazanıb.

Bu kateqoriyada tarixdə ilk dəfə eyni vaxtda iki qadın təmsil olunub, İngiltərə aktrisası Emirald Fennell "Ümidlər verən qız" uğrunda yarışıb. Həmin kateqoriyada eləcə də danimarkalı Tomas Vinterberq, Devid Finçer və Li Ayzek Çun da təmsil olunublar.

Pekində anadan olan, lakin Nyu Yorkda təhsil alan Çjao rejissorluq işinə görə “Oskar” mükafatına namizəd göstərilən Asiya əsilli ilk qadın olub.

BAKU.WS