SİZİN REKLAM BURADA!
055 213 76 73


Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkən” elit yaşayış kompleksinin fitnes zalında “Albert Rıjiy” (“Kürən Albert”), “Alik Gəncinski” ləqəbləri ilə tanınan azərbaycanlı kriminal avtoritet Əli Heydərovu güllələyən killer Mətləb Sultanov düz bir il onu təqib edib və sifarişçidən əmr gözləyib.

BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, killer “Al yelkən” kompleksində mənzil kirayələyib və kompleksin fitnes-klubuna üzv yazılıb, hansı ki, Əli Heydərov müntəzəm olaraq orada idmanla məşğul olurdu. Sultanov sifarişçilərdən komanda gözləyib və qətl üçün əlverişli məqam seçib. Üstəlik bu müddət ərzində öz şəxsi həyatını da qurub, kirayə mənzildə sevgilisi ilə yaşayıb. Ona özünü biznesmen kimi təqdim edib, fitnes-mərkəzinə qadınla birlikdə gedib, evə nadir hallarda baş çəkib. Qadın bildirib ki, Mətləb Sultanov messencerlərdəki yazışmaları silirdi və fotosunu çəkməyə icazə vermirdi. Hazırda o, öz dostundan uşaq gözləyir.
Mətləb Hüseynov qurbanını təqib etdiyi müddətdə sifarişçidən iri məbləğdə pul alıb və həmin pula xərclərini ödəyib. Ehtiyat üçün Moskvanın başqa səmtində də mənzil kirayələyib. O, aprelin 14-də həmin mənzildə yaxalanıb.

Saxlanılarkən “Kürən Albert”i onu telefonda söydüyü üçün öldürdüyünü deyib, lakin bu versiya müstəntiqlər üçün inandırıcı deyil. O, hələlik sifarişçinin adını çəkmir. Bəzi məlumatlara görə, “Albert Rıjiy” “Lotu Quli”nin ölümünü sifariş verdiyi üçün öldürülə bilərdi, lakin kriminal dairələrə yaxın mənbələr deyirlər ki, bu, ağlabatan deyil. Çünki Əli Heydərov “Lotu Quli”nin qətlini sifariş verəcək qədər nüfuzlu biri deyildi.

Əli Heydərovun arvadı Olqa “Moskovskiy Komsomolets”ə deyib ki, ərinin işlərindən məlumatlı deyildi, onunla ancaq ailə məsələlərini müzakirə edirdi. Heydərovun öldürülməsini kimin sifariş verə biləcəyi haqda anlayışı yoxdur. Mətləb Sultanovu isə ilk dəfədir görürlər və ərinin onunla hər hansı tanışlığı olmayıb.
Yaxınları deyirlər ki, “Albert Rıjiy” həmişə iki silahlı cangüdənlə gəzirdi. Cangüdənlər onu evdən çıxan kimi hər yerdə müşayiət edirdilər, hətta fitnes-kluba da birlikdə gedirdilər. Baxmayaraq ki, fitnes-klub evdən 2 dəqiqəlik piyada məsafəsindədir. Cangüdənlər Əlini soyunub-geyinmə otağına qədər müşayiət edirdilər və idman edib bitirənə qədər orada gözləyirdilər.

Həmin gün aprelin 12-də Əli Heydərov idman etməyə gedəndə cangüdənə tapşırıb ki, iki maşını yusun. Cangüdən isə şefin idmanı başa çatana qədər ancaq bir maşını yumağa vaxt tapacağını, o biri maşını sabah “moyka”ya aparacağını deyib. Kriminal avtoritet cangüdəni maşın yumağa göndərərək idman zalına tək gedib və bu da onun acınacaqlı səhvi olub.

Killerə gəldikdə isə o, 2008-ci ildə bacısını qətlə yetirib, yeznəsinin qulağını kəsib və bu cinayətə görə həbsdə olub. Dediyinə görə, həbsdə "Albert Rıjiy"lə birlikdə "yatıb".

BAKU.WS