SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən il dünyanın ən böyük neft hasilatına və ehtiyyatlarına malik olan Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nun xalis mənfəəti 2019-cu illə müqayisədə 44,4 % azalaraq 88,2 milyard ABŞ dollardan 49 milyard ABŞ dollara enib.

BAKU.WS report-a istinadən xəbər verir ki, neft şirkəti, pandemiyanın təsiri ilə 2020-ci ilin tarixinin ən çətin illərindən birinə çevrildiyini qeyd edib. Buna baxmayaraq, "Saudi Aramco" 2020-ci ildə səhmdarlara 75 milyard ABŞ dolları həcmində dividend ödəyib.

Hesabat dövründə "Saudi Aramco"nun sərbəst pul axını, illik müqayisədə 1,6 dəfə azalaraq 49,1 milyard ABŞ dollara düşüb. Optimizasiyadan sonra şirkətin kapital xərcləri (CAPEX) 27 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, 2021-ci ildə şirkət bunu 35 milyard ABŞ dollarına qədər artırmağı planlaşdırır.
BAKU.WS