SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı Asiya və ABŞ-dakı alıcıları üçün aprel ayında çatdırılma ilə neft qiymətlərini qaldırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu addım OPEC+in gələn ay hasilatı artırmamaq qərarı fonunda atılıb.

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” “Arab Light” markalı neftin Asiya bazarı üçün qiymətini 0,40 dollar/barel, ABŞ üçün isə 1,4 dollar/barel artırıb. Bununla da Asiyada “Arab Light” neftinin qiyməti keçən ilin mart ayından bəri ən yüksək səviyyəyə çatıb. Şirkət həmçinin qiyməti dəyişməz olaraq qalan “Arab Heavy” sortundan başqa, bütün növ neft markaları üçün qiymətləri qaldırıb.

Digər tərəfdən, “Saudi Aramco” Avropadakı alıcılar üçün neftin qiymətini endirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hər ayın əvvəlində istehlakçıların sifarişləri əsasında çatdırılma qrafiki hazırlayır.

BAKU.WS