SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün Moskvaya geri çağırıb.

BAKU.WS "Independent"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidenti Co Baydenin Vladimir Putini "qatil" adlandırmasıdır.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, bununla rəsmi Moskva Bayden administrasiyası dövründə ABŞ ilə münasibətlərdə "geri qaytarılması mümkün olmayan deqradasiyasından" yayınmağı düşünür.

Qeyd edək ki, C.Bayden ABC telekanalına müsahibəsi zamanı Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə V.Putini qatil adlandırıb. 

BAKU.WS