“Twitter” ödənişli abunə funksiyası hazırlayır

26
fev
2021
21:37
“Twitter” sosial şəbəkəsi ödəniş müqabilində abunəçilərin eksklüziv məzmundan istifadəsinə imkan verən “Super Follow” funksiyasını təqdim etməyi planlaşdırır.
BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, sözügedən funksiya digər istifadəçilər üçün əlçatmaz olan mesajları oxumağa, xəbərlərə abunə olmağa imkan verir. Ödəniş mexanizmi hələ ki məlum deyil.
Daha bir yenilik qruplar yaratmaq imkanı olacaq.
Həmçinin “Super Follow” funksiyasının istifadəyə verilmə müddəti açıqlanmayıb.
Oxşar xəbərlər
“Telegram”da yeni funksiya istifadəyə verilib
"Telegram" messencerində istənilən çatda mesajların avtomatik silinməsi funksiyası, həmçinin qrup və kanallara dəvət etmək üçün müvəqqəti linklər əlçatan olub....
