SİZİN REKLAM BURADA!
055 213 76 73


Kapitulyasiyaya imza atan Ermənistan özünün rüsvayçı keçmişinin girdabında olduğu kimi öz cinayətlərində batıb qalıb.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən növbəti videoda qeyd edilir.

Görüntülərdə deyildiyi kimi son müharibədə Ermənistanda bir çox cinayətlər baş verib.

Ermənistanda fərarilik, vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması və digər hərbi cinayətlər kimi, həm də müdafiənin təşkilinin iqtisadi tərkibi ilə əlaqəli minə yaxın cinayət işinə baxılır.

Serj Sarkisyanın mediada reinkarnasiyası, erməni müxalifətinin uğursuz “yubiley” mitinqi, diaspor vəsaitlərinin mənimsənilməsi, son müharibədəki itkilərlə bağlı yenilənmiş statistika və bir çox maraqlı mövzuları və yarımçıq qalmış ümidlər “Caliber” analitik layihəsinin növbəti süjetində:

BAKU.WS
VİDEO