SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın “SpaceX” şirkəti “Falcon 9” raketdaşıyıcısı vasitəsilə “Starlink”in 60 mikropeykinin buraxılışını həyata keçirib.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan buraxılış yerli vaxtla saat 22:59-da baş tutub. 

“SpaceX”ın əməkdaşları bu dəfə “Falcon 9” elementini Atlantik okeanındakı üzən “Of Course I Still Love You” platformasına geri qaytara bilməyiblər. Bu texnologiya şirkətə növbəti daşıyıcı buraxılışları zamanı xərcləri azaltmağa imkan verir. 

“Starlink” şəbəkəsi Yerətrafı orbitdə çəkisi 500 kiloqramadək olan çox sayda kiçik aparatlar yerləşdirməklə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. “SpaceX”in qiymətləndirməsinə görə, ümumilikdə 11 min peykin buraxılışı və onların istifadəyə verilməsi 10 milyard ABŞ dollarına başa gələcək. Xatırladaq ki, 2019-cu ilin may ayında “Starlink”in ilk 60 aparatı kosmosa göndərilmişdi.

BAKU.WS