SİZİN REKLAM BURADA!
055 213 76 73


"Apple" şirkəti yenidən barmaq izləri datçikinə malik olacaq növbəti nəsil "iPhone" prototipi üzərində işləyir. Bu haqda ABŞ şirkətinin əməkdaşlarına istinadən "The Wall Street Journal" nəşri yazıb.

BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, gələcəkdə "iPhone 13" (və ya "iPhone 12s") smartfonunda ekranın alt hissəsinə barmaq izləri skaneri əlavə edilə bilər və onun əsasında "Touch ID" sistemi işləyəcək. Maraqlıdır ki, "Apple" şirkəti optik texnologiyanı ultrasəs texnologiyasından daha etibarlı hesab edir.

"Apple" şirkəti 2017-ci ildə müasir smartfonlarda barmaq izləri skanerindən imtina etmişdi. Həmin vaxt "Face ID" sisteminə malik "iPhone X" smartfonu təqdim edilmişdi. 2020-ci ildə dünyada pandemiya və maska rejiminin tətbiqi ilə əlaqədar sözügedən şirkətin qurğusundan istifadə edənlər problemlə üzləşiblər – üztanıma maska və respiratorla işləmir.

BAKU.WS