SİZİN REKLAM BURADA!
055 213 76 73


“Samsung” şirkəti 5-ci nəsil yüksəksürətli şəbəkələrə qoşulma imkanına malik ən ucuz smartfonunu təqdim edib. Böyük Britaniyada “Galaxy A42 5G” smartfonunun qiyməti 349 funt-sterlinq təşkil edəcək ki, bu da “Galaxy A51 5G”nin qiymətindən 80 funt daha ucuzdur.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, “Galaxy A42 5G” smartfonu “Snapdragon 750G” prosessoru, 20 meqapiksellik selfi kamera üçün kəsiyə malik 6,6 düymlük OLED displey, daxili barmaq izləri skaneri, 4-8 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib.

Yeni smartfon 4 kamera ilə təchiz edilib: 48 mp-lik əsas, 8 mp-lik genişbucaqlı, 5 mp-lik makroobyektiv və portret çəkilişi üçün 5 mp-lik dərinlik sensoru. Akkumulyatorun tutumu 5000 milliamper/saatdır.

“Galaxy A42 5G” smartfonu noyabrın 6-da Böyük Britaniyada satışa çıxarılacaq.

BAKU.WS