SİZİN REKLAM BURADA!
055 213 76 73


“Realme” şirkəti “realme V3” adlı ən ucuz “5G” smartfonunu təqdim edib. Yeniliyin qiymətinin ucuz olmasına baxmayaraq, cihaz 8 QB əməli yaddaş, məhsuldar “MediaTek” prosessoru, həmçinin sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən tutumlu akkumulyatorla təchiz edilib.

BAKU.WS “ICTnews”a istinadən yazır ki, “Realme V3” modeli “5G” beşinci nəsil şəbəkələrinin dəstəyini nəzərdə tutan “MediaTek Dimensity 720” platformasına əsaslanır. Cihaz LPDDR4x standartlı 6/8 QB əməli yaddaş, həmçinin 64/128 QB “UFS 2.1” standartlı daxili yaddaşa malikdir. 18 vattadək sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyator qurğunun avtonom işləməsini təmin edir.

Displeyin diaqonalı 6,5 düym təşkil edir. Smartfonda 1600x720 piksel təsvir ölçülü IPS matris quraşdırılıb. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.

Qurğunun arxa tərəfində 4 sensordan ibarət əsas kamera bloku quraşdırılıb. “Realme V3” modeli saniyədə 60 kadr tezliklə Full HD formatında video çəkməyə imkan verir. Həmçinin smartfonda arxa qapaqda yerləşdirilmiş barmaq izləri skaneri nəzərdə tutulub.

BAKU.WS