SİZİN REKLAM BURADA!
055 213 76 73


İlon Maskın “Neuralink” adlı startapı müvəffəqiyyətlə meymunun beyninə neyroimplant yerləşdirib və bundan sonra təcrübə heyvanı kompüter oyunları oynamağı bacarıb.

BAKU.WS report-a xəbər verir ki, bu barədə milyarderin özü “Bloomberg”ə məlumat verib.

“Neuralink” layihəsi beynində kiçik telləri olan simsiz implantant daşıyan meymun üzərində sınaqdan keçirilir. Primat artıq ağlı sayəsində videooyun da oynaya bilir. Mask qeyd edib ki, heyvan özünü əla və xoşbəxt hiss edir.

Sistem, məsələn, kompüterdə pinq-ponq oynayan bir neçə çipli heyvanla da işləyə bilər. Mask təxminən bir ay sonra primatların necə videooyunlar oynadığına dair video yayacağına söz verib.

BAKU.WS