SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağ Evin hazırkı rəhbəri Donald Tramp 73 nəfərin əfv edilməsi, daha 70 nəfərin isə cəzasının yüngülləşdirilməsi barədə göstəriş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin Administrasiyası məlumat yayıb.

ABŞ prezidenti tərəfindən əfv edilənlər arasında Donald Trampın sabiq müşaviri və Ağ Evin baş strateqi hesab olunan Stiv Bannon da var.

Bannon və digərləri ABŞ-Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə "Biz Divar Tikirik" kampaniyası başladaraq donorlardan 25 milyon dollardan çox pul toplamaqda ittiham olunmuşdu.

BAKU.WS