Ərdoğandan Azərbaycan səfərindən sonra VACİB AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən jurnalistlərə müsahibə verib.
BAKU.WS “hurriyet.com”a istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, “bir millət, iki dövlət” prinsipi Azərbaycanla münasibətlərimizin təməl fəlsəfəsidir.
“Bu birlik və bərabərlik Qarabağın azad olunması ilə mükafatlanıb. 44 günlük müharibənin pərdəarxası hadisələrinin yazılacağına əminəm. Zaman bu işin çox ciddi şahidi olacaq. Qarabağ zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb. İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq. Üzərində çalışdığımız altı hissəli platforma hər kəs üçün qazanc əldə etmə imkanları təmin edəcək bir təşəbbüsdür”, - deyə Ərdoğan bildirib.
Ərdoğan həmçinin vurğulayıb ki, əgər Ermənistan bu prosesə qatılıb müsbət addımlar atsa, Türkiyə-Ermənistan əlaqələrində yeni səhifə açıla bilər.
“Ermənistan bu müddətdə iştirak edəcək və müsbət addımlar atacağı təqdirdə Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər. Belə olan təqdirdə biz qapılarımızı Ermənistan üçün aça bilərik”.
Oxşar xəbərlər
Ərdoğan: “Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı”
“Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə bir səfəri olacaq”. APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rə...
