SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir sıra ölkədə "Facebook Messenger" tətbiqinin istifadəçiləri xidmətdə nasazlığı yarandığını bildirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Messenger"in işindəki nasazlıq günün ikinci yarısından başlayaraq Böyük Britaniya, Yunanıstan, Polşa, Belçika, Niderland, Avstraliya və neçə digər ölkədə qeydə alınıb. Eyni hal Azərbaycanın internet məkanında da müşahidə olunur.

"Downdetector"un məlumatına görə, "Messenger" istifadəçilərinin 52%-i mesajın alınması, 31%-i server, 16%-i isə avtorizasiya ilə bağlı problemlərin olduğunu bildirib.

BAKU.WS