SİZİN REKLAM BURADA!
055 213 76 73


Qırğız Respublikasının Joğorku Keneşi (Ali Məclisi) sədri, Bir Bol (Bir ol) Partiyasının lideri Mıktıbek Abdıldayev parlamentin bu gün keçirilən növbədənkənar iclasında istefa verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, davam edən iclası sədr müavini Mirlan Bəkirov aparır. İclasda yeni hökumətin proqramı və tərkibinə dair müzakirələr aparılır.

Qeyd edək ki, M.Abdıldayev parlamentin dörd gün əvvəlki növbədənkənar iclasında spiker seçilmişdi.

BAKU.WS