Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxarıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Nikolay Nikolayeviç Poleşuku Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edib.
"Report"un məlumatına görə, müvafiq fərman Ukrayna dövlət başçısının Ofisinin saytında dərc edilib.
"Nikolay Nikolayeviç Poleşuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin", - sənəddə deyilir.
Sonra Prezident Oleşukun işdən çıxarılmasına münasibət bildirib.
"Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanını dəyişdirmək qərarına gəldim. Bütün hərbi pilotlarımıza, mühəndislərimizə, mobil atəş qruplarının əsgərlərinə, hava hücumundan müdafiə ekipajlarına sonsuz minnətdaram. Ukrayna uğrunda həqiqətən döyüşən hər kəsə. Bu da komanda səviyyəsində lazımdır - biz güclənməliyik və insanlara qayğı göstərməliyik.
Qeyd edək ki, Hərbi Hava Qüvvələri komandanının işdən çıxarılması avqustun 26-da Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğraması fonunda baş verib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...