"Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Yaddaş, diqqət və yeni şeylər öyrənmək qabiliyyəti birbaşa yuxunun keyfiyyətindən asılıdır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu rusiyalı somnoloq və terapevt Karina Aqibalova Lenta.ru-ya müsahibəsində deyib.
O, keyfiyyətli gecə yuxusunun beyin sağlamlığı üçün niyə vacib olduğunu izah edib.
Həkim bildirib ki, yuxunun əsas funksiyalarından biri gün ərzində əldə edilən məlumatların yaddaşa həkk olunmasıdır. Məhz yuxu zamanı beyin məlumatları qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçirir. Dərin və ya REM yuxu fazalarının kifayət qədər olmaması bu prosesi poza bilər.
"Buna görə də yuxusuz gecədən sonra yeni bilikləri mənimsəmək daha çətin olur. Dərin yuxu fazasının nəzərəçarpacaq dərəcədə azalması halında isə keçmiş hadisələrlə bağlı uzunmüddətli yaddaş da zamanla zərər görə bilər", - deyə Karina Aqibalova qeyd edib.
Bundan əlavə, gecə saatlarında enerji ehtiyatları bərpa olunur, immun və sinir sistemlərinin, əzələlərin və orqanizmin digər toxumalarının fəaliyyəti dəstəklənir, hormonal balans və maddələr mübadiləsi tənzimlənir.
Karina Aqibalova vurğulayıb ki, yuxusuzluq zamanı diqqət və iş qabiliyyəti əhəmiyyətli dərəcədə azala bilər. Bununla əlaqədar həkim gecə 7-9 saat yatmağı və mümkün qədər saat 22:00-23:00 arasında yatmağa getməyi tövsiyə edib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...