Yer 80 santimetr yerindən oynadı - SƏBƏB
Son 20 ildə Yer kürəsi planetin təkindən suyun çıxarılması səbəbindən şərq istiqamətində 80 santimetr əyilib.
BAKU.WS xəbər verir ki, bu nəticəyə beynəlxalq alimlər qrupu Seul Milli Universitetindən olan həmkarları ilə birlikdə gəlib. Bu barədə "Arqumentı i faktı" məlumat verib.
Alimlər qeyd edirlər ki, yeraltı suların təkdən çıxarılması planetin əyilməsinə və fırlanmasına təsir edə bilər. Bu mövzuda ilk araşdırma 2016-cı ildə dərc edilmişdi.
Araşdırmanın nəticələri göstərib ki, 1993-cü ildən bəri yeraltı təbii su anbarlarından 2 150 gigaton su çıxarılıb. Bu suyun bir hissəsi kənd təsərrüfatı sahələrinin suvarılması və digər təsərrüfat ehtiyacları üçün istifadə olunub. Nəticədə isə bu su okeana qarışıb.
Oxşar xəbərlər
Rayonlarda leysan olacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq oktyabrın 29-u axşam 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağaca...