Yaponların 100 ildən çox yaşamasının sirri açıqlandı
Uzunömürlü xalq olaraq tanınan yaponların sağlam və uzun müddət yaşamasının sirri üzə çıxıb. Onların sağlam və uzun ömür sürməyin sirri bu vərdişlərdə gizlidir.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
1. Yeməkdən tam doymadan qalxmaq:
Yaponların qəbul etdiyi ənənələrdən biri, yeməyi tam bitirmədən, doyma hissinin 80%-ində masadan qalxmaqdır. Bu vərdiş həm metabolizmin sürətlənməsinə, hüceyrələrin yenilənməsinə, həm də yaşlanmanın gecikdirilməsinə kömək edir. Eyni zamanda, yeməkdən sonra yaranan ağırlıq və yuxululuq hissi azalır, həzm problemlərinə də müsbət təsir göstərir.
2. Anı yaşamaq:
Yaponların həyat fəlsəfəsi olan "Anı yaşamaq" prinsipi onların həyat keyfiyyətinə böyük təsir edir. Keçmişin neqativ təsirlərinə qapılmadan, yalnız indiki anda olmaq insanı sakitləşdirir, gələcəyə dair narahatlıqları və bununla bağlı stres və depressiyanı aradan qaldırır.
3. Gündəlik aktivlik:
Peşəkar idmanla məşğul olmaqdan əlavə, yaponlar gündəlik həyatda aktiv qalmağa üstünlük verirlər. Müəyyən idman növlərinə bağlı olmadan, gün ərzində hərəkəti artırmağa çalışırlar.
Bu vərdişlər yaponların uzunömürlülük sirrinin əsasını təşkil edir və sağlam həyat üçün nümunə kimi göstərilir.
Oxşar xəbərlər
Üç BÜRCƏ maliyyə uğurları ilə bağlı vədlər
Bu həftə bürcün bəzi əlamətləri üçün maliyyə baxımından xüsusilə əlverişli olacağını vəd edir. Lent.az-ın xəbərinə görə, astroloqların fikrincə, bəxt üç əlamət...