Yakutiyada mamont qalıqları tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Yakutiyada yaxşı qorunmuş, təxminən 50 min illik geoloji yaşı olan mamont qalıqları aşkar edilib. Tapıntı indiyə qədər dünyada aşkar edilmiş ən yaxşı qorunmuş mamont nümunələrindən biri hesab olunur.
BAKU.WS xəbər verir ki, Şimal-Şərq Federal Universitetinin (NEFU) Mamont Muzeyinin rəhbəri Maksim Çeprasov RİA Novosti-yə bildirib ki, ümumilikdə dünyada altı belə mamont qalığı aşkar edilib və onlardan beşi Rusiyada tapılıb.
Yeni tapıntıya iyun ayında Verxoyansk vilayətinin Bataqayka ərazisində yerli sakinlər rast gəliblər. Bu, təxminən bir yaşında olan dişi mamontdur.
Onun boyu 120 sm, uzunluğu isə 2 metrə qədərdir. Tapıntı həm arxa, həm də ön hissələri ilə yaxşı qorunmuş vəziyyətdədir.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...