Xiyar və pomidor salatı haqqında bilmədiklərimiz
Yeniliklərdən dərhal xəbərdar olun
Diyetoloq Alexander Burlakov pomidor və xiyar salatı haqqında ümumi mifi dağıtdı.
BAKU.WS-in "Lenta.ru"ya istinadən xəbər verir ki, mütəxəssis öz "Telegram" kanalında elmi əsaslandırılmış məlumatları paylaşaraq məşhur yanlış təsəvvürü təkzib edib.
Burlakovun sözlərinə görə, bir qabda pomidor və xiyarın bir-birinin faydalı xüsusiyyətlərini zərərsizləşdirdiyi iddiasının ciddi əsası yoxdur.
"Askorbin turşusu (vitamin C) askorbinazın (xiyarda olan ferment) iştirakı ilə qismən məhv edilə bilər. Lakin bu, əhəmiyyətsizdir və bütövlükdə pəhriz çərçivəsində heç bir klinik əhəmiyyətə malik deyil", - həkim ətraflı izah etdi.
Dietoloq xüsusilə vurğuladı ki, pomidor və xiyarın salatda birləşməsi antioksidantların, lifin, kaliumun və digər vacib fitonutrientlərin qiymətli mənbəyi olaraq qalır.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...