Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kulalı adasının sahillərində 70-dən çox ölü suiti aşkar edildikdən sonra ekoloqlar Xəzər dənizində su nümunələri toplayır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin Ekologiya İdarəsi məlumat yayıb.
"Manqistau vilayətinin Ekologiya Departamentinin Laboratoriya və İstintaq Nəzarəti Departamentinin mütəxəssisləri Balıq Təsərrüfatı Müfəttişliyi İdarəsinin və Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Kulalı adasının sahilində ətraf mühitin monitorinqini aparıblar. Monitorinq zamanı 71 ölü suiti aşkar edildikdən sonra su nümunələri götürülüb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın əvvəlində Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər sahilində 112 Xəzər suitisinin cəsədi aşkar edilib.
Oxşar xəbərlər
Sabah 23 dərəcə isti olacaq
Bakıda aprelin 18-də havanın 21, rayonlarda isə 23 dərəcə isti olacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat ya...