Xanoba sakini: Kənddən çıxanda 8 yaşım vardı, indi isə 8 yaşlı övladımla geri qayıtdım
Xocavənd rayonunun Xanoba kəndinə köçən sakin Sənan Qasımov oradan çıxanda 8 yaşının olduğunu, indi isə 8 yaşlı övladı ilə kəndə qayıtdığını bildirib.
BAKU.WS xəbər verir ki, o bu barədə report-un Xocavəndə ezam olunan əməkdaşı ilə söhbətində belə deyib.
"Kəndimiz işğal olunanda mənim 8 yaşım vardı, indi isə 8 yaşlı övladımla geri qayıtdım. İnşallah, övladlarımız burada daha da şən və xoşbəxt yaşayacaqlar", - S.Qasımov qeyd edib.
Sakin onu da bildirib ki, hazırda kəndin hər tərəfində tikinti-bərpa işləri gedir:
"Əslində, kəndimizi bu qədər abad görməyi ağlıma belə gətirməzdim. Şükürlər olsun ki, doğma ocağımıza döndük. Bir vaxtlar düşmən tapdağında qalan, xarabalığa çevrilən kəndimizin dirçəldiyinə şahid oluruq. Çox acılı günlər yaşadıq. Uşaqlığımız müharibənin travmaları ilə keçdi. Artıq hamısı geridə qaldı".
Qeyd edək ki, bu gün ilk mərhələdə Xocavənd rayonunun Xanoba kəndinə 25 ailədən ibarət 114 nəfər qayıdıb.
Oxşar xəbərlər
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəyə dəstək göstərəcək
Azərbaycan bu ilin noyabrında COP31-in uğurla keçirilməsi üçün Türkiyəyə dəstək göstərəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici...