Uşaqlarda diqqət və yaddaş zəifliyinin mənfi təsirləri
"Nitqin formalaşması yalnız səsləri tələffüz etmək bacarığı deyil. Bu prosesə diqqət, yaddaş, qavrama və analiz-etmə kimi idrak funksiyaları da daxildir. Bu funksiyalarda zəiflik olduqda nitq də gecikə, söz ehtiyatı yavaş arta bilər".
Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, uşaq diqqətini uzun müddət cəmləyə bilmirsə, sözləri yadda saxlamır, tapşırıqları yarımçıq edir, danışarkən cümlələri tamamlamır, qarşısındakı nitqi tam anlamır.
"Bu da həm gec danışmaya, həm də rabitəli nitqin zəif olmasına gətirir. Nitq yaddaşa əsaslanan prosesdir. Uşaq yeni sözləri unudursa, eyni sualı dəfələrlə soruşursa, ardıcıllığı saxlamırsa, danışarkən fikrini itirirsə, bu, nitq inkişafını ləngidir", - deyə mütəxəssis bildirib.
Fatimə Məmmədova deyir ki, uşaqlarla daim ünsiyyətdə olmalı, onlarla canlı oyunlar oynamalıdırlar:
"Yaddaş oyunları: şəkil yaddaşı, ardıcıllıq oyunu, 3 əşyanı yadında saxla və s.
Diqqət məşqləri: fərqli olanı tap, eyni şəkillərin cütünü seç, səsə diqqət oyunları.
Rabitəli nitq çalışmaları: şəkil üzrə hekayə, ardıcıl kartlarla danışma, qısa mətni dinlə–təkrar et.
Sensor fəaliyyətlər: kinetik qum, toplar, toxuma oyunları diqqəti artırır.Bu yanaşmalar uşağın həm nitqini, həm də ümumi idrak inkişafını gücləndirir".
Oxşar xəbərlər
Gürcüstanın Host TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub
Bakıda keçirilən "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan–Gürcüstan Media Forumunda iştirakı çə...