Uşaqlarda diqqət əskikliyi və hiperaktiv pozğunluğu necə düzəltmək olar?

"Tədqiqatlar göstərir ki, Diqqət əskikliyi və hiperaktiv pozğunluğu (DEHB) olan uşaqlarda bəzi beyin bölgələri digər uşaqlara nisbətən ya daha kiçik, ya da fərqli işləyir".
Bu barədə uşaq nevroloqu, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, Prefrontal korteks (Diqqət, planlama, qərarvermə və özünüidarə funksiyasına cavabdehdir) DEHB-də bu bölgənin fəaliyyəti zəifləyir.

"Bazal qanglionlar – Hərəkətlərin və emosiyaların idarə olunmasında rol oynayır. DEHB-li uşaqlarda buradakı fəaliyyət qeyri-sabit ola bilər.
Beyincik (serebellum) – Diqqətin sürətli dəyişməsi və hərəkətlərin koordinasiyası ilə bağlıdır. Tədqiqatlarda bəzi fərqlər müşahidə olunub", - deyə həkim bildirib.
Neyrotransmitterlərdə (beyin kimyasında) dəyişiklik
Həkim deyir ki, Bbeyin hüceyrələri bir-biri ilə neyrotransmitterlər vasitəsilə əlaqə saxlayır:
"DEHB zamanı xüsusilə iki kimyəvi maddənin balansı pozulur:
Dopamin – Motivasiya, mükafat gözləntisi və diqqət üçün əsasdır. DEHB-də dopamin səviyyəsi aşağı olur, bu da uşağın tez sıxılmasına və diqqətini davam etdirməkdə çətinlik çəkməsinə səbəb olur.
Noradrenalin – Oyanıqlıq və diqqəti fokuslamaq üçün vacibdir. Onun fəaliyyəti də zəif ola bilər".
Həkim deyir ki, buna görə də DEHB müalicəsində istifadə edilən bəzi dərmanlar (məsələn, metilfenidat) dopamin və noradrenalinin beyindəki fəaliyyətini artıraraq diqqəti və özünüidarəni yaxşılaşdırır.
Beyin fəaliyyətində yavaşlama və ya qeyri-sabitlik
EEQ (elektroensefaloqrafiya) tədqiqatlarında DEHB-li uşaqlarda tez-tez belə nəticələr müşahidə olunur:
"Unutmaq olmaz ki, "Theta" dalğalarının artması – Beyin "yorğun" və "diqqəti dağınıq" kimi işləyir.
"Beta" dalğalarının azalması – Konsentrasiya və aktiv diqqət çətinləşir.
Bu, uşağın dərsdə oturub, uzun müddət diqqətini saxlamasını çətinləşdirir".
İmpuls nəzarətində çətinlik
Həkimin sözlərinə görə, normalda beyində "fren" rolunu oynayan ön alın payı (prefrontal korteks) hərəkət etmədən əvvəl düşünməyə kömək edir:
"DEHB-li uşaqlarda bu "fren sistemi" zəif işlədiyi üçün onlar tez-tez düşünmədən danışır, hərəkət edir və ya qaydaları pozurlar".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Yatmazdan əvvəl bunları yeyin
Düzgün şam yeməyi yuxunun keyfiyyətini yaxşılaşdıra və yuxuya getməyi asanlaşdıra bilər. BAKU.WS xəbər verir ki, hansı məhsulların yuxuya kömək etdiyini, hansıl...
